Sağlamlıq
Bu məşq erkən ölüm riskini 45 faiz azaldır
Yeni elmi araşdırma ağırlıq məşqlərinin təkcə əzələ inkişafı və forma saxlamaq üçün deyil, həm də uzunömürlülük üçün mühüm rol oynadığını ortaya qoyub.
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-da təxminən 150 min nəfərin iştirakı ilə 30 il ərzində tədqiqat aparılıb.
Nəticədə məlum olub ki, həftədə 90-120 dəqiqə güc məşqi edən şəxslərdə erkən ölüm riski 13 faiz daha aşağıdır.
Mütəxəssislərin bildirdiyinə görə, ən aşağı ölüm riski isə ağırlıq məşqlərini qaçış, gəzinti, üzgüçülük və velosiped kimi aerobik fəaliyyətlərlə birləşdirən insanlarda qeydə alınıb. Həftəlik 150 dəqiqə aerobik idmana əlavə olaraq 1-2 saat güc məşqi edənlərdə isə erkən ölüm riskinin 45 faizə qədər azaldığı müəyyən edilib.
Alimlər əzələ toxumasının qan şəkərinin tənzimlənməsi və iltihabın azaldılması kimi vacib proseslərdə rol oynadığını vurğulayaraq, müntəzəm idmanın daha uzun və sağlam həyat üçün əsas faktor ola biləcəyini bildiriblər.
Araşdırma “British Journal of Sports Medicine” jurnalında dərc edilib.
Müəllif: Roza
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













