Sağlamlıq
Saqqızın tərkibindəki bu maddə də faydalı imiş...
Saqqızın tərkibindəki ksilit ağız boşluğu üçün faydalı imiş.
Publika.az xəbər verir ki, bu barədə "InWhite Medical" və "InWhite Medical Kids" klinikasının gigiyena və profilaktika şöbəsinin müdiri Natalya Yefimova Gazeta.ru ilə söhbətindəməlumat verib.
O bildirib ki, ksilit tüpürcək ifrazını güclü şəkildə stimullaşdıraraq antibakterial effekt yaradır.
"Çeynəmə prosesi və dad reseptorlarının aktivləşməsi tüpürcək vəzilərini daha intensiv işləməyə məcbur edir. Tüpürcək təbii qoruyucu baryerdir: o, qida qırıntılarını yığır, bakteriyaların ifraz etdiyi turşuları neytrallaşdırır və mina qatını kalsium və fosfatla zənginləşdirərək onu remineralizasiya edir", - deyə həkim izah edib.
Karies yaradan bakteriyalar ksiliti udur, lakin onu emal edə bilmirlər, nəticədə məhv olurlar. Buna görə də saqqızdan müntəzəm istifadə ağız boşluğundakı patogenlərin sayını azaldır və onların dişlərə yapışmasına mane olur.
Stomatoloqun sözlərinə görə, saqqızdan istifadə edərkən üç qaydaya riayət etmək vacibdir: şəkərsiz tərkibləri seçmək (çünki şəkər bakteriyaları qidalandırır və dişləri məhv edir); dişləri yormamaq üçün yalnız 5-15 dəqiqə çeynəmək; saqqızdan yalnız yeməkdən sonra istifadə etmək (çünki acqarına istifadə etdikdə mədə selikli qişasına zərər vura bilər).
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













