Sağlamlıq
Uşaqlar yeməkdən niyə imtina edirlər? - Alimlər araşdırıb
ABŞ-ın Stenford Tibb Məktəbinin tədqiqatçıları uşaqlarda qida qəbulundan yayınma və məhdudlaşdırıcı qidalanma pozuntusunun (ARFID – avoidant restrictive food intake disorder) müalicə üsulları ilə bağlı dünyada ilk araşdırmanı aparıblar.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of the American Academy of Child & Adolescent Psychiatry” jurnalında dərc olunub.
Tədqiqata yaşı 6-12 arasında dəyişən 98 uşaq cəlb edilib.
Mütəxəssislər bildirirlər ki, ARFID digər qidalanma pozuntularından fərqlənir. Bu uşaqlarda bədən görünüşü ilə bağlı təhrif olunmuş təsəvvür formalaşmır. Əvəzində onlar ya ümumiyyətlə yeməyə maraq göstərmirlər, ya da narahatlıq, boğulmaq qorxusu və ya keçmişdə yaşadıqları mənfi təcrübələr səbəbindən qidadan uzaq dururlar.
Qeyd olunur ki, bu pozuntu erkən uşaqlıq dövründə başlaya bilər və uşaqla yeniyetmələrin təxminən 2-6 faizində müşahidə olunur. Bəzi hallarda bu vəziyyət uşağın böyüməsinə və inkişafına da təsir edir.
Araşdırma çərçivəsində ailələr təsadüfi qaydada iki fərqli müalicə proqramına bölünüb. Hər iki proqram dörd ay ərzində keçirilən 14 onlayn seansdan ibarət olub.
Birinci yanaşma valideynlərin aktiv iştirakına əsaslanan ailə terapiyası olub. Seanslara terapevtlərlə yanaşı bacı-qardaşlar da cəlb olunub.
Bu yanaşmada terapevt daha çox məsləhətçi funksiyasını yerinə yetirib, əsas dəyişiklik yaradan tərəf isə valideynlər hesab olunub. Eyni zamanda vurğulanıb ki, uşaq bu pozuntunu şüurlu şəkildə seçmir və ARFID simptomları ilə uşağın şəxsiyyətini eyniləşdirmək düzgün deyil. Məqsəd məhdudlaşdırıcı qidalanma davranışının təsirini sistemli şəkildə azaltmaq olub.
İkinci yanaşma isə fərdi motivasiya və psixotəhsil terapiyası olub.
Bu metodda uşaqlar seansların bir hissəsini fərdi şəkildə keçib, oyun və motivasiya üsulları vasitəsilə ARFID haqqında məlumat alıb və dəyişiklik üçün daxili motivasiya formalaşdırmağa çalışıblar.
Araşdırmanın nəticələri göstərib ki, hər iki üsul uşaqlarda ARFID simptomlarının azalmasına səbəb olub.
Lakin ailə terapiyası çəki artımı baxımından daha güclü nəticə göstərib. Bu qrupdakı uşaqlarda statistik baxımdan əhəmiyyətli çəki artımı qeydə alınıb. Fərdi terapiya qrupunda isə belə nəticə əldə olunmayıb.
Bununla yanaşı, hər iki müalicə üsulu qidalanma davranışını ümumi şəkildə yaxşılaşdırıb.
Mütəxəssislərin sözlərinə görə, pozuntu bəzən travmatik təcrübələrlə də əlaqəli olur. Məsələn, boğulma təhlükəsi və ya allergik reaksiya keçirən uşaqlarda sonradan yeməyə qarşı davamlı qorxu formalaşa bilər.
Adəm
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)




.jpg)













