Sağlamlıq
Yüzlərlə insan axışır, amma... - Hövsandakı "möcüzəvi palçıq" barədə kritik xəbərdarlıq
Paytaxtın Suraxanı rayonu, Hövsan-Zığ yolunun kənarında yerləşən "Duzlu göl" hər il yay aylarında yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilir.
Sakinlər gölün palçığının müxtəlif ağrılara yaxşı təsir etdiyini desələr də, həkimlər bu müalicə üsuluna əl atmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.
"2014-cü ildən buraya gəlirəm. Çox faydasını görmüşəm. Həqiqətən də, xeyri var, ağrılarım azalır. Əvvəllər dekabr, yanvar, fevral aylarında hər gün ağrılarım olurdu. İndi isə elə olur ki, bir gün ağrıyır, sonra bir həftə, hətta bir ay ağrı hiss etmirəm", - sakinlərdən biri Baku TV-yə bildirib.
"30 ildir buraya gəlirəm. Həmişə şəfasını görmüşəm. Böyrək, ciyər, sümük ağrıları da daxil olmaqla bir çox narahatlıqlara xeyri var", - başqa bir sakin deyib.
Həkim İradə Hacıyeva isə bildirib ki, palçıq müalicəsinə başlamazdan əvvəl mütləq tibbi müayinə olunmaq lazımdır.
Onun sözlərinə görə, palçığın tərkibi analiz edilməyibsə və xəstəyə MRT nəticələrinə əsasən həkim tərəfindən belə bir müalicə tövsiyə olunmayıbsa, bu üsul bəzi hallarda xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər.
"İnsanlar müəyyən qədər yaxşılaşma hiss edə bilərlər. Amma onurğada yırtıq, protruziya, onkoloji xəstəlik varsa, həkim məsləhəti olmadan həmin palçıqdan istifadə etmək ciddi risk yarada bilər", - İradə Hacıyeva vurğulayıb.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)




.jpg)













