Sağlamlıq
Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?
Evdə pendir və ya kəsmik hazırlanarkən südün süzülməsindən sonra qalan sarımtıl maye (süd zərdabı) çox vaxt dəyərsiz hesab edilir. Halbuki mütəxəssislər bildirirlər ki, bu məhsul zülal, probiotiklər və minerallar baxımından faydalı içkilərdən biridir.
Publika.az xəbər verir ki, InstaCuppa portalının mütəxəssisləri süd zərdabının bədənə necə təsir etdiyi barədə araşdırıblar.
Məlum olub ki, 100 ml süd zərdabında 0,8-1,2 qram zülal, 80-120 mq kalsium, B qrup vitaminləri və canlı probiotik bakteriyalar var. Eyni zamanda onun kalorisi də azdır - cəmi 25-30 kilokalori.
Mütəxəssislərin sözlərinə görə, süd zərdabının tərkibindəki probiotiklər bağırsaq mikroflorasını dəstəkləyir, həzmi yaxşılaşdırmağa və köpü azaltmağa kömək edə bilər. Tərkibindəki zərdab zülalı isə asan mənimsənilir və fiziki fəaliyyətdən sonra əzələlərin bərpasına dəstək verir. Bəzi araşdırmalar həmçinin onun qaraciyər hüceyrələrini qoruyan güclü antioksidant olan qlutationun sintezini artırdığını göstərir.
Süd zərdabı aşağı kalorili olduğu üçün şirin içkilərlə müqayisədə daha uzun müddət toxluq hissi yarada bilər. Tərkibindəki kalium, maqnezium və kalsium isə su-duz balansının və sümük sağlamlığının qorunmasına kömək edir.
Bununla yanaşı, süd zərdabı hər kəs üçün uyğun deyil. İnək südünün zülalına allergiyası və ya laktozaya ciddi dözümsüzlüyü olan şəxslərə bu içkidən istifadə tövsiyə edilmir. Xroniki həzm sistemi və ya böyrək xəstəlikləri olan insanların isə süd zərdabını müntəzəm qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməsi məqsədəuyğundur.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)




.jpg)













