Sağlamlıq
Ürəyi cavan saxlayan SUPER QİDA - Onda elə maddələr var ki...
Kardioloq Aurelio Roxas elmi cəhətdən ürək sağlamlığını yaxşılaşdırdığı təsdiqlənən bir qida məhsulu haqqında açıqlama verib.
Publika.az xəbər verir ki, o, "Deia" nəşrinə verdiyi müsahibədə ürək üçün ən yaxşı superqidalardan birinin adını açıqlayıb.
Roxasın sözlərinə görə, pomidordan bol istifadə edən insanlarda ürək xəstəlikləri, o cümlədən infarkt riski daha aşağıdır. Həkim izah edib ki, bu tərəvəz miokardı və periferik damar sistemini zədələrdən qoruyur.
Həkim qeyd edib ki, pomidorun tərkibində antioksidant xüsusiyyətlərinə malik likopen maddəsi var. Bu maddə qanda xolesterin səviyyəsini sabitləşdirir və arteriyalarda iltihabı azaldır.
Roxas dəqiqləşdirib ki, istiliklə emal edilmiş pomidordakı likopen orqanizm tərəfindən təzə pomidora nisbətən daha yaxşı mənimsənilir.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)




.jpg)













