Sağlamlıq
Səhərlər acqarına meyvə yeyənlərə həkimdən xəbərdarlıq
Səhər yuxudan duran kimi təzə meyvə yemək və ya bir stəkan meyvə şirəsi içmək kimi ənənə bir növ ictimai şüurda sağlam qidalanmanın təcəssümü kimi özünə möhkəm yer tutub. Lakin bu, səhər qəbul edilən qida bir çoxları üçün enerji əldə etməyə deyil, mədə ağrısına, ürəkbulanmaya və köpə səbəb olur.
Publika.az xəbər verir ki, bu fikri məşhur rusiyalı dietoloq Daria Rusakova deyib.
O qeyd edib ki, demək olar ki, bütün meyvələrdə üzvi turşular var. Onlar mədəyə acqarına daxil olduqda onu qoruyan "divarlar"a aktiv şəkildə təsir göstərə bilirlər.
"Üzvi turşular mədə və onikibarmaq bağırsağın selikli qişasını qıcıqlandıra bilər. Xüsusən də bu qişa artıq zədələnibsə belə qida qəbulu arzuolunan deyil", - deyə ekspert izah edib.
İkinci vacib komponent isə fruktozadır. Fruktoza həddindən artıq qəbul edildikdə, tam sorulmaya və yoğun bağırsağa daxil ola bilər: "Belə olan halda fruktoza orada bakteriyalar üçün çoxalma mühitinə çevrilir. Bu, fermentasiya prosesini aktivləşdirər və nəticədə qarında şişkinlik, sancı və ishal yaranır".
Müəllif: Tural
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)




.jpg)













