Sağlamlıq
Ən xeyirli giləmeyvə bu imiş... - İnfarkt riskini 32 faiz azaldır
"SM-Klinika"nın endokrinoloqu Anastasiya Altunina hansı giləmeyvənin sağlamlıq üçün ən faydalı hesab olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu məhsul barədə Lenta.ru ilə söhbətində danışıb.
"Əgər sağlamlıq üçün faydalılıq dərəcəsinə görə mütləq çempionu seçmək lazımdırsa, elmi məlumatların məcmusuna əsasən, bu, rahatlıqla qaragilə hesab edilə bilər. Bu, sadəcə dadlı bir giləmeyvə deyil, damarların, ürəyin və beynin qorunması üçün zəruri olan dəyərli maddələrin əsl konsentratıdır", - deyə Altunina bildirib.
Həkim izah edib ki, qaragilənin tərkibində orqanizmdəki iltihab prosesləri ilə mübarizə aparmağa kömək edən güclü təbii antioksidantlar - antosianlar var. Onun sözlərinə görə, genişmiqyaslı araşdırmalar göstərib ki, həftədə üç və ya daha çox porsiya qaragilə yeyən insanlarda infarkt riski 32 faiz azalıb, həmçinin yaddaş və insulinə həssaslıq yaxşılaşıb ki, bu da ikinci tip diabetin profilaktikası üçün vacibdir.
Həkim həftədə üç-dörd dəfə ən azı bir ovuc (təxminən 80-100 qram) təzə və ya dondurulmuş qaragilə yeməyi məsləhət görüb.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir



















.jpg)




.jpg)













