Sağlamlıq
AQTA-dan ciddi sağlamlıq riskləri yaradan arıqlama məhsulları ilə bağlı çağırış
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları sosial şəbəkələrdə sürətli arıqlama vəd edən mənşəyi şübhəli məhsullara qarşı diqqətli olmağa çağırır.
Publika.az xəbər verir ki, aparılan monitorinqlər zamanı sosial şəbəkələrdə reklam edilərək satılan bəzi çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında insan sağlamlığı üçün təhlükəli və istifadəsi qadağan edilmiş sibutramin maddəsi aşkarlanıb.
“Bu maddə ciddi sağlamlıq riskləri yaratdığı üçün Azərbaycanda qida məhsulları və dərman vasitələrində istifadəsi qadağandır.
AQTA bildirir ki, sosial şəbəkələrdə anonim səhifələr vasitəsilə satılan məhsulların əksəriyyəti dövlət qeydiyyatından keçmir və onların tərkibi barədə istehlakçılara düzgün məlumat verilmir.
Agentlik vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş məhsullardan istifadə etməyi, məhsulun mənşəyi və istehsalçısı barədə məlumatları yoxlamağı, arıqlama məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl isə həkim və ya mütəxəssis məsləhəti almağı tövsiyə edir.
Sağlam və davamlı çəki azaldılması balanslaşdırılmış qidalanma, fiziki aktivlik və tibbi nəzarət əsasında mümkündür”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, AQTA daha öncə həmin məhsulların siyahısını da yayımlamışdı.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)






.jpg)













