Sağlamlıq
Beyni cavan saxlayan sirr: Alimlər ən təsirli üsulu açıqladı
Müntəzəm fiziki fəaliyyət beyni yaşa bağlı dəyişikliklərdən qoruya və Alzheimer, demensiya kimi neyrodegenerativ xəstəliklərin riskini azalda bilər.
Publika.az xəbər verir ki, bu nəticə Viktoriya Universitetinin alimlərinin apardıqları araşdırmada əldə olunub.
Alimlərin fikrincə, fiziki məşqlər beynin "təmizləmə sistemi" hesab olunan qlimfatik sistemin fəaliyyətini yaxşılaşdırır. Bu sistem xüsusilə dərin yuxu zamanı aktiv işləyərək beyində toplanan zərərli maddələrin xaric olunmasına kömək edir.
Araşdırma göstərib ki, müntəzəm aerobik məşqlər arterial təzyiqi və damar sərtliyini azaldır, beyində iltihabı zəiflədir, sinir hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır və dərin yuxunun keyfiyyətini artırır. Mütəxəssislər bildirirlər ki, yaş artdıqca beynin özünü təmizləmə qabiliyyəti zəifləyir, lakin müntəzəm fiziki aktivlik bu prosesi dəstəkləyərək koqnitiv funksiyaların qorunmasına kömək edə bilər.
Tədqiqatın nəticələri “Trends in Neurosciences” jurnalında dərc edilib.
Müəllif: Roza
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)






.jpg)













