Sağlamlıq
Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı
Normal qidalanma ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, gündəlik əsas yeməklərdən əlavə, qəlyanaltılara da diqqət yetirmək vacibdir.
Publika.az xəbər verir ki, Prevention.com saytında dərc olunan məqalədə kardioloq və diyetoloqlar ürək-damar sisteminə müsbət təsir edən ən yaxşı qida növlərindən biri haqqında danışıblar.
Ekspertlər qeyd ediblər ki, ən yaxşı qəlyanaltılar özündə zülal və lif ehtiva etməlidir. Məqalədə yazılıb: "Çünki bu qida maddələri enerji səviyyəsini qorumağa və növbəti yeməyinizədək özünüzü daha uzun müddət tox hiss etməyinizə kömək edir. Xüsusilə də əgər siz ürək sağlamlığınız üçün qidalar seçirsinizsə, bitki mənşəli olan zülal mənbələrinə diqqət yetirməlisiniz".
Kardioloq, tibb elmləri doktoru Treysi Paşke bildirib ki, ürək-damar sağlamlığı hər kəs üçün vacibdir. Onun sözlərinə görə, məhz bitki mənşəli zülal istehlakı ürək-damar xəstəliklərindən və digər səbəblərdən ölüm riskini xeyli azaldır.
Mütəxəssis qeyd edib ki, ürək sağlamlığı üçün ən yaxşı qəlyanaltı seçimi "edamame" adlandırılan tam böyüməmiş soya paxlasıdır. "Sadəcə paketlərdə dondurulmuş edamame alıb istehlak edə bilərsiniz. Onu mikrodalğalı sobada da bişirib və süfrəyə sağlam qida kimi verə bilərsiniz. Bu qəlyanaltı tez hazırlanır, ləzzətli dada malikdir. O, mühüm qida maddələri ilə zəngindir",- kardioloq deyib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 100 qram edamamedə 11,5 qram protein və 5 qram lif olur ki, bu da insanın özünü daha uzun müddət tox hiss etməsinə kömək edir.
Diyetoloq və kardioloq Mişel Rutenşteyn bu bitkinin dadını bəyənməyənlər üçün başqa məsləhət də verib. O, qovrulmuş noxudu tövsiyə edir.
Onun sözlərinə görə, bu qəlyanaltı özündə yalnız bitki zülalı deyil, həm də asan həll olan lif, kalium, maqnezium və antioksidan polifenolları ehtiva edir. Bu komponentlər sağlam xolesterol səviyyələrini, qan təzyiqini və damar sağlamlığını dəstəkləyir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 28 qramlıq qovrulmuş noxudun bir porsiyasında təxminən 5 qram protein və 5 qram lif var.
Müəllif: Tural
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!
-
Maraq dünyası16:22Moskvada ilk dəfə olaraq itlərə toy təşkil etdilər - FOTO
-
Nida Xəbər 15:05İlham Əliyev müharibədə olduğu kimi, sülhdə də qalib gəldi - Hikmət Hacıyev
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır























.jpg)





.jpg)








