Sağlamlıq
Enerjini artıran 5 məhsul - SİYAHI
Çin təbabəti üzrə ekspert və cavanlaşdırma mütəxəssisi Anastasiya Ustinenko orqanizmə enerji verən və sağlamlığı dəstəkləyən 5 məhsulun adını açıqlayıb.
Publika.az xəbər verir ki, ekspertin sözlərinə görə, Çin təbabətində sağlamlığın əsasını güclü mədə-bağırsaq sistemi təşkil edir, bunun üçün düzgün və faydalı qidalanma vacibdir.
Mütəxəssisin tövsiyə etdiyi məhsulları təqdim edirik:
Unabi (Çin xurması) - Qan dövranını yaxşılaşdırır, enerji verir, yorğunluğu azaldır və yuxunu normallaşdırmağa kömək edir. Tərkibində sitrus meyvələrindən 20 dəfə çox C vitamini olduğu bildirilir.
Qoji giləmeyvələri - Antioksidant, amin turşuları və müxtəlif mikroelementlərlə zəngindir. İmmuniteti gücləndirir, enerji səviyyəsini artırır və dəri ilə görmə qabiliyyətini dəstəkləyir.
Jenşen - Çin təbabətinin ən məşhur məhsullarından biridir. Yorğunluq və gücsüzlüyə qarşı istifadə olunur, ürəyin fəaliyyətini və yuxunu dəstəkləyir. Həmçinin dalaq, ağciyər, ürək, böyrək və qaraciyərə faydalı təsir göstərdiyi qeyd edilir.
Kordiseps - Böyrəklər və reproduktiv sağlamlıqla bağlı problemlərdə, eləcə də enerji çatışmazlığında istifadə olunur.
Çin limon otu (şizandra) - Canlandırıcı təsir göstərir, orqanizmi antioksidantlarla zənginləşdirir və onu müxtəlif daxili və xarici təsirlərdən qorumağa kömək edir.
Müəllif: Roza
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)






.jpg)













