Sağlamlıq
Arıqlamaq istəyənlərə şad xəbər: Bu məhsullar çəki atmağa kömək edir
Avstraliyanın Nyukasl Universitetinin alimləri apardıqları araşdırma ilə canlı mikroorqanizmlər ehtiva edən məhsulların arıqlama prosesinə müsbət təsir göstərə biləcəyini müəyyən ediblər.
Publika.az xəbər verir ki, tədqiqat çərçivəsində 58 sağlam yetkin insanın qidalanma vərdişləri, çəkisi, insulin və xolesterin səviyyələri araşdırılıb.
Nəticələr göstərib ki, tərkibində çoxlu canlı mikroorqanizmlər olan məhsullar, xüsusilə müntəzəm olaraq yoqurt, kefir, turş kələm və kimçi qəbul edən şəxslərin bədən kütləsi indeksi və bel çevrəsi daha aşağı olub.
Bu qidaları qəbul edən insanlarda acqarına insulin səviyyəsinin daha aşağı, “yaxşı” xolesterinin isə daha yüksək olduğu müşahidə edilib. Alimlərin fikrincə, sağlam qidalanmada yalnız vitamin və lif deyil, qida ilə orqanizmə daxil olan faydalı mikroorqanizmlər də mühüm rol oynayır.
Qeyd edək ki, araşdırma “Nutrition Research” jurnalında dərc olunub.
Müəllif: Roza
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)






.jpg)













