Sağlamlıq
Bu axşam vərdişi yuxunu pozur
Terapevt və somnoloq Ceyms Rouli və sirkad ritmləri üzrə mütəxəssis Ceymi Zeytzer axşam saatlarında qadjetlərdən istifadə etməyin yuxusuzluq yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, yuxunu pozan bu vərdiş barədə onlar "US Weekly" ilə söhbətində danışıblar.
Mütəxəssislər vurğulayıblar ki, yatmazdan bir saat əvvəl xəbər lentini vərəqləmək və sosial şəbəkələrdə "Skrollinq" etmək təkcə qadjetlərin yaydığı mavi işığın melatonin istehsalını ləngitməsi və sirkad ritmlərini pozması baxımından zərərli deyil. Onların sözlərinə görə, məsələ ondadır ki, xəbərləri oxumaq beyni sakitləşdirmək əvəzinə, onu daha aktiv işləməyə məcbur edir.
"Əgər yatmazdan əvvəl sizdə stres və ya narahatlıq yaradan mövzuları araşdırırsınızsa, sağlamlıq üçün zəruri olan dərin bərpaedici yuxuya getmək sizə çətin olacaq", - deyə Rouli xəbərdarlıq edib.
Zeytzer əlavə edib ki, axşam saatlarında əyləncəli məzmunun izlənilməsi də yuxusuzluğa səbəb ola bilər. O izah edib ki, belə videolar insanda oyaq qalmağa vadar edən həzz hormonu – dopaminin istehsalını stimullaşdırır.
Həkimlərin sözlərinə görə, yuxu problemlərindən qaçmaq üçün axşam saatlarında qıcıqlandırıcıların təsirini azaltmaq, ağlı və bədəni sakitləşdirmək lazımdır. Bunun üçün onlar gec saatlarda telefonla keçirilən vaxtı minimuma endirməyə çağırıblar.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)






.jpg)













