Sağlamlıq
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Dondurma və ya çox soyuq içkilər içərkən bəzi insanların dişlərində baş verən kəskin ağrıların səbəbi elm adamları tərəfindən müəyyən edilib.
Publika.az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan yeni araşdırmaya görə, bu ağrılara dişlərdə yerləşən TRPC5 adlı zülal kanalları səbəb olur.
Almaniyanın Erlangen-Nürnberq Fridrix-Alexander Universitetinin professoru Katharina Zimmermann və komandası odontoblast adlı hüceyrələrdə temperatur dəyişikliklərinə qarşı həssas olan bu kanalları müəyyən edib. Sözügedən hüceyrələr dentin ilə dişin yumşaq daxili pulpası arasında yerləşir. Əgər dentin təbəqəsi çılpaq qalarsa - məsələn, diş çürüməsi və ya diş əti xəstəliyi səbəbindən - soyuq qidalar və içkilər kəskin ağrıya səbəb ola bilər.
Araşdırma həm insanlar, həm də siçanlar üzərində aparılıb. Nəticədə məlum olub ki, TRPC5 kanallarını bloklayan maddələr, məsələn mixək yağında olan eugenol, bu ağrıların qarşısını ala bilər. Alimlər gələcəkdə bu molekula əsaslanan diş pastası, saqqız və ya diş lentləri kimi yeni müalicə vasitələrinin hazırlanmasının mümkün olduğunu bildirirlər.
Lakin mütəxəssislər evdə özbaşına müalicə üsullarını tövsiyə etmirlər. Britaniya Diş Həkimləri Assosiasiyasının professoru Damien Valmsley vurğulayıb ki, ağrının səbəbi aradan qaldırılmadan yalnız ağrını müvəqqəti dayandırmaq kifayət etmir.
Valmsley əlavə edib ki, müntəzəm fırçalama və diş həkiminə müraciət, həm diş çürüməsinin qarşısını almaq, həm də həssaslıq problemi ilə mübarizə aparmaq üçün əsas vasitədir. (Miilli.az)
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı


































.jpg)




