Sağlamlıq
Tumu qabıqlı yeyənlərə xəbərdarlıq: Mədəyə ciddi zərər vura bilər
Tumun qabığını udmaq zərərsiz görünsə də, bu vərdiş mədə-bağırsaq sistemi üçün ciddi problemlər yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov "Gazeta.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, tumun qabığı insan orqanizmində həzm olunmur. Onun mütəmadi şəkildə udulması mədə və bağırsağın selikli qişasını qıcıqlandıra, nəticədə qastrit və ya qıcıqlanmış bağırsaq sindromunun inkişafına səbəb ola bilər.
Umnov qeyd edib ki, qabığın üzərində toz, kir və bitkilərin emalında istifadə olunan kimyəvi maddələrin qalıqları da ola bilər. Bu isə bağırsaq pozğunluğu və zərərli bakteriyaların orqanizmə düşməsi riskini artırır. Xüsusilə xroniki mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə tum istehlak edərkən daha diqqətli olmaq tövsiyə olunur.
Həkim tumu yeməzdən əvvəl qabığını təmizləməyi məsləhət görüb. O bildirib ki, təsadüfən az miqdarda qabıq udulubsa, narahat olmağa dəyməz - o, təbii yolla orqanizmdən xaric olacaq.
Bununla yanaşı, Umnov tumun qabığı ilə yeyilməsinin appendisit yaratdığı barədə yayılan fikrin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, appendisit əsasən appendiksin mənfəzinin daşlaşmış kütlələr, şişlər, parazitlər və ya limfoid toxumanın böyüməsi nəticəsində tutulması ilə yaranır. Tum qabığı isə adətən həzm sistemindən keçərək orqanizmdən xaric olur və təkbaşına appendisitə səbəb sayılmır.
Adəm
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













