Sağlamlıq
Dərmansız təzyiqi qaldırmağın üç sadə yolu açıqlandı
Aşağı arterial təzyiq halsızlıq, başgicəllənmə və ümumi vəziyyətin pisləşməsinə səbəb ola bilər. Bu problemi heç bir dərman preparatı qəbul etmədən də həll etmək mümkündür.
Publika.az “Kp.ru”ya istinadən xəbər verir ki, həkim Denis Prokofyev dərmanlardan istifadə etmədən təzyiqi müvəqqəti yüksəltməyə kömək edən sadə üsulları açıqlayıb.
Həkimin sözlərinə görə, təzyiqi artırmaq üçün ilk növbədə qidada duzun miqdarını bir qədər artırmaq, ikinci olaraq isə qəhvə və digər kofein tərkibli içkilərdən istifadə etmək olar. O bildirib ki, tünd şokolad da tərkibindəki maddələr sayəsində arterial təzyiqə müsbət təsir göstərə bilər.
Bununla yanaşı, mütəxəssis bu üsullardan həddindən artıq istifadə etməyin sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, aşağı təzyiq tez-tez təkrarlanırsa, bunun səbəbi mütləq araşdırılmalıdır.
Müəllif: Roza
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













