Sağlamlıq
Səhər şampanı dəbi təhlükə yaradır - Həkimdən xəbərdarlıq
Sosial şəbəkələrdə səhər yeməyində bir qədəh şampan içmək son illər "ideal həyat tərzi"nin simvollarından birinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş zamanla alkoqol asılılığının başlanğıcına çevrilə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Qazeta.ru"ya həkimi, psixiatr-narkoloq Marina Alekseyeva danışıb.
Onun sözlərinə görə, istirahət zamanı bir dəfə səhər şampan içmək asılılıq demək deyil. Həkimi narahat edən əsas məqam isə alkoqolun günə yaxşı başlamağın ayrılmaz hissəsinə çevrilməsidir.
Mütəxəssis bildirib ki, sosial şəbəkələr alkoqolu sadəcə göstərmir, onu adi və normal davranış kimi təqdim edir. İnsan hər gün estetik görüntülərdə alkoqol gördükcə, beyin bunu həyatın təbii hissəsi kimi qəbul etməyə başlayır.
Alekseyevanın fikrincə, əsas məsələ içkinin miqdarı deyil, onu içməyin səbəbidir: "Özünüzdən soruşun: Mən niyə indi içmək istəyirəm? Cavab "bayramdır"dırsa, bu başqa məsələdir. Amma məqsəd rahatlamaq, narahatlığı azaltmaq və ya səhəri daha xoş etməkdirsə, artıq bu, xəbərdarlıq siqnalıdır".
Həkim vurğulayıb ki, alkoqol emosional dəstəyə çevrildikdə yeni davranış modeli formalaşır. Beyin isə xoş hisslər yaradan sadə üsulları tez yadda saxlayır və zaman keçdikcə özünü yaxşı hiss etmək üçün avtomatik olaraq alkoqolu "təklif edir".
Onun sözlərinə görə, alkoqol asılılığı adətən ağır içki məclisləri ilə başlamır. Əvvəlcə içki yalnız məzuniyyətdə, sonra həftəsonları, daha sonra isə adi səhər yeməklərinin ayrılmaz hissəsinə çevrilə bilər.
Marina Alekseyeva ən təhlükəli düşüncənin "Bibcə qədəh içəcəm" fikrinin olduğunu deyib. Məhz bu yanaşma insanın alkoqolun həyatında getdikcə daha çox yer tutduğunu hiss etməsinə mane olur.
Mütəxəssis özünü yoxlamağın sadə yolunu da açıqlayıb: eyni vəziyyəti alkoqolsuz təsəvvür edin. Əgər bundan zövq almağa davam edirsinizsə, narahatlığa əsas yoxdur. Əks halda, əhvalınızın alkoqoldan asılı olub-olmadığını ciddi şəkildə qiymətləndirməyin vaxtı çatıb.
Adəm
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək





















.jpg)


.jpg)

.webp)









