Sağlamlıq
Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
Braziliyada "canlı Ken kuklası" kimi tanınan fitnes-model Villian Silva üst dodağındakı iltihablı şişi (sızanaq) sıxdıqdan sonra az qala həyatını itirəcəkmiş.
Publika.az xəbər verir ki, bu barədə "Need To Know" nəşri məlumat yayıb.
Silvanın sözlərinə görə, iltihablı nahiyəni sıxdıqdan qısa müddət sonra üzü ciddi şəkildə şişib və o, təcili xəstəxanaya çatdırılıb. Həkimlər onda meningit inkişaf etməsi riskinin yarandığını bildiriblər. Bu isə beynin geri dönməz zədələnməsinə səbəb ola bilərdi.
Fitnes-model yaşadığı hadisədən sonra izləyicilərinə müraciət edərək üzdəki "ölüm üçbucağı" adlandırılan nahiyəyə qarşı diqqətli olmağa çağırıb.
Dermatoloq Daniele Kavalkante de Almeyda Maqnani qeyd edib ki, qaşlardan ağız künclərinə qədər olan hissə "ölüm üçbucağı" adlanır. Onun sözlərinə görə, bu nahiyədəki venalarda qoruyucu qapaqlar olmadığı üçün infeksiya asanlıqla kəllə boşluğundakı kavernoz sinusa keçə bilər.
Həkim bildirib ki, dəri zədələndikdə qızılı stafilokok bakteriyası tromboza, daha sonra isə meningitə, beyin absesinə və hətta sepsisə səbəb ola bilər. Bu ağırlaşmalar bəzi hallarda ölümlə nəticələnə bilər.
Müəllif: Adəm
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













