Sağlamlıq
Dişlərinizdə bu dəyişiklik varsa, karies başlayıb - Xəbərdarlıq
Dişlərin rənginin dəyişməsi və şirniyyata qarşı həddindən artıq həssaslıq kariesin ilk əlamətləri ola bilər.
Publika.az xəbər verir ki, bu barədə stomatoloq-cərrah Nadejda Patlataya "Gazeta.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, kariesin ilkin mərhələsində diş minasının rəngi dəyişir. Məhz bu dövrdə stomatoloqa müraciət etmək vacibdir. Çünki remineralizasiya terapiyası təyin edilməklə diş minasını möhkəmləndirmək və qazma müdaxiləsinə ehtiyac qalmadan problemi aradan qaldırmaq mümkündür.
Mütəxəssis qeyd edib ki, xəstəlik irəlilədikcə dişlər şirin qidalara qarşı kəskin həssaslıq göstərməyə başlayır. Bu isə diş minasının zədələnməsinin davam etdiyini və plomblanma tələb oluna biləcəyini göstərir.
Patlataya əlavə edib ki, dişlər isti və soyuq qidalara da həssas reaksiya verirsə, bu, kariesin daha ağır mərhələyə keçdiyindən xəbər verir.
"Əgər insan həkimə getməyi gecikdirir və yalnız isti-soyuq qidalara qarşı həssaslıq yarandıqdan sonra müraciət edirsə, bu, xəstəliyi daha ağırlaşdıra bilər. Belə hallarda karies periodontitə çevrilə bilər. Bu zaman əvvəlcə diş kanalları təmizlənir, daha sonra isə müalicənin növbəti mərhələsi müəyyən edilir", - deyə həkim bildirib.
Stomatoloq vurğulayıb ki, kariesi erkən mərhələdə insanın özünün aşkar etməsi çətindir. Buna görə də dişlərin sağlamlığını qorumaq üçün ildə ən azı iki dəfə stomatoloji müayinədən keçmək tövsiyə olunur. Bu, xəstəliyin vaxtında aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edir.
Müəllif: Adəm
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













