Sağlamlıq
Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
Qarpız kəsildikdən sonra düzgün saxlanılmadıqda tez xarab ola və qida zəhərlənməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, mütəxəssislərin tövsiyələrinə görə, kəsilmiş qarpız otaq temperaturunda 2 saatdan artıq saxlanılmamalıdır. Xüsusilə isti havalarda bu müddət daha da qısala bilər. Çünki qarpızın tərkibindəki su və şəkər mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır.
Soyuducuda saxlanılan kəsilmiş qarpız isə adətən 3-4 gün ərzində istehlak edilməlidir. Qarpızın üzəri mütləq örtülməli və digər qidalardan ayrı saxlanmalıdır.
Qarpızın xarab olduğunu göstərən əsas əlamətlər bunlardır:
turş və ya xoşagəlməz qoxunun yaranması;
dadının dəyişməsi;
səthində selikli qat əmələ gəlməsi;
yumşalma və rəng dəyişiklikləri.
Xarab olmuş qarpız qəbul edildikdən sonra zəhərlənmə əlamətləri adətən bir neçə saat ərzində, bəzi hallarda isə 1-2 gün sonra ortaya çıxa bilər. Əsas simptomlar ürəkbulanma, qusma, qarın ağrısı, ishal və halsızlıqdır.
Qarpızı kəsdikdən sonra uzun müddət otaqda saxlamaq, xüsusilə də isti havalarda, qida zəhərlənməsi riskini artırır. Buna görə meyvəni kəsdikdən sonra mümkün qədər tez soyuducuya yerləşdirmək və qısa müddətdə istifadə etmək məsləhətdir. (Milli.Az)
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














