Sağlamlıq
Mədə qastriti ağrı vermir? - Həkim bu mifi dağıtdı
Qastritin mütləq ağrı ilə müşayiət olunduğunu düşünənlər yanılır. Qastroenteroloq Mariya Lopatina bu barədə yayılan məşhur mifi təkzib edərək bildirib ki, qastrit əslində ağrı yaratmaya da bilər.
Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, mədənin selikli qişasında ağrı reseptorları yoxdur. Buna görə də səthi iltihab - yəni qastrit zamanı, hətta eroziyalar olduqda belə, insan heç bir ağrı hiss etməyə bilər.
Lopatina qeyd edib ki, ağrı daha çox mədə xorası zamanı yaranır. Çünki bu halda zədələnmə daha dərin toxumalara yayılır və həmin toxumalarda ağrı reseptorları mövcuddur.
Həkim vurğulayıb ki, qarının yuxarı hissəsində yaranan narahatlıq və ağrının ən geniş yayılmış səbəblərindən biri funksional dispepsiyadır. Bu vəziyyətdə reseptorlar həddindən artıq həssas olur və normal qida qəbulu, hətta turşuluq səviyyəsi normal olsa belə, beyinə ağrı siqnalları göndərir.
Onun sözlərinə görə, az miqdarda yeməkdən sonra tez-tez doyma hissi, mədədə doluluq, qarının yuxarı hissəsində ağrı və ya yanma müşahidə olunur, lakin müayinələr zamanı xora və ya digər üzvi səbəblər aşkar edilmirsə, funksional dispepsiyadan şübhələnmək olar.
Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














