Sağlamlıq
Qurudulmuş manqoda "Coca-Cola"dan altı dəfə çox şəkər var - Dietoloq
Qurudulmuş manqonun tərkibindəki şəkər miqdarı bəzi şirniyyatlardan və qazlı içkilərdən daha yüksəkdir.
Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” nəşrinə danışan dietoloq Vili Yaakkola bildirib.
Onun sözlərinə görə, 100 qram qurudulmuş manqoda 70-75 qram şəkər var. Bu göstərici “Coca-Cola”dakı şəkər miqdarından altı dəfədən çoxdur. Mütəxəssis bunu qurudulma zamanı meyvədəki suyun buxarlanması və şəkərin konsentrasiyasının artması ilə izah edib.
Dietoloq qeyd edib ki, orqanizm üçün təbii və əlavə edilmiş şəkər arasında ciddi fərq yoxdur. Buna görə də qurudulmuş meyvələr dişlərə adi şirniyyatlar kimi təsir göstərir və kiçik həcmdə olduqları üçün normadan artıq istehlak edilə bilər.
Yaakkola hesab edir ki, qurudulmuş meyvələr konfetdən daha yaxşı seçimdir. Onun sözlərinə görə, bu məhsulların tərkibində A vitamini birləşmələri və qida lifi olsa da, təzə meyvələr daha faydalıdır. Mütəxəssis alıcılara əlavə şəkərsiz qurudulmuş meyvələrə üstünlük verməyi tövsiyə edib.
Müəllif: Roza
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














