Sağlamlıq
Beyin üçün ən faydalı tərəvəzlər açıqlandı
Diyetoloqlar Eyveri Zenker və Yohanna Kats beynin sağlamlığını qorumağa kömək edən ən faydalı tərəvəzləri açıqlayıblar.
Publika.az xəbər verir ki, onların "Real Simple" portalına verdiyi məlumata görə, siyahının ilk sırasında yarpaqlı yaşıl tərəvəzlər yer alır. Mütəxəssis Eyveri Zenker bildirib ki, kələm (kale), ispanaq, rukola, manqold, romen və digər yaşıl salat növləri beyin üçün olduqca faydalıdır.
Onun sözlərinə görə, bu tərəvəzlər lif, maqnezium, fol turşusu (B9 vitamini), dəmir, kalsium, kalium, A, B9 və K vitaminləri ilə zəngindir ki, bu da beyin fəaliyyətinin normal işləməsinə dəstək verir.
Diyetoloq Yohanna Kats isə brokkoli cücərtilərinin də beyin sağlamlığı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O bildirib ki, bu cücərtilər iltihabla mübarizə aparan və bağırsaq mikrobiomunun sağlamlığını dəstəkləyən sulforafan adlı bioloji aktiv maddənin ən zəngin təbii mənbəyidir.
"Brokkoli cücərtiləri sulforafanın ən güclü təbii mənbəyi hesab olunur. Bu baxımdan onlar yetişmiş brokkolidən daha təsirlidir. Bununla belə, həm cücərtilər, həm də adi brokkoli sağlamlıq üçün faydalıdır", - deyə Kats qeyd edib.
Müəllif: Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?












.jpg)










.jpg)














