Sağlamlıq
Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi
Son günlər solariumdan istifadə və günəş şüalarının ən güclü olduğu saatlarda qaralma dəbi yenidən populyarlaşıb. Mütəxəssislər isə bunun dəri xərçənginin ən aqressiv növünün yaranma riskini artırdığı barədə xəbərdarlıq edirlər.
Publika.az xəbər verir ki, ABŞ-ın Şimal-Qərb Universiteti Tibb Fakültəsinin araşdırmasına görə, solaariumdan istifadə edənlərdə melanoma inkişaf etmə riski istifadə etməyənlərlə müqayisədə üç dəfə yüksəkdir.
Alimlər bildirirlər ki, solaarium cihazları günəşdən təxminən 10 dəfə çox ultrabənövşəyi (UV) şüa yayır və bu da dəri hüceyrələrində DNT mutasiyalarını artıraraq xərçəng riskini yüksəldir.
Dünya Səhiyyə Təşkilatı solaarium cihazlarını tütün və asbestlə eyni kateqoriyada kanserogen maddələr kimi qiymətləndirir. Amerika Dermatologiya Akademiyasının məlumatına görə isə 20 yaşından əvvəl solaariumdan istifadə melanoma riskini 47 faiz artırır.
Mütəxəssislər valideynlərə yeniyetmələri dermatoloq müayinəsinə aparmağı və ultrabənövşəyi şüaların dəriyə vurduğu zədələri göstərən xüsusi UV müayinəsindən keçirməyi tövsiyə edirlər.
Müəllif: Roza
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?












.jpg)










.jpg)














