Sağlamlıq
Qaraciyəri piylənmədən qoruyan təbii vasitə tapıldı
Alimlər müəyyən ediblər ki, çaytikanı (oblepixa) meyvəsinin pulpasından əldə edilən yağ metabolik mənşəli qaraciyər piylənməsi (MAFLD) xəstəliyinin əlamətlərini azaltmağa kömək edə bilər.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Food & Function" jurnalında dərc olunub.
Tədqiqat zamanı məlum olub ki, çaytikanı yağı palmitolein turşusu ilə zəngin lipidlər ehtiva edir. Qaraciyər piylənməsi olan siçanlar üzərində aparılan təcrübələrdə bu yağ qaraciyərdə piy yığılmasını azaldıb, iltihabı zəiflədib, qanda qlükoza səviyyəsinin tənzimlənməsini yaxşılaşdırıb və qaraciyər toxumasının fibrozlaşmasının qarşısını alıb.
Mübadilə prosesləri, gen aktivliyi və lipid tərkibinin kompleks analizi göstərib ki, çaytikanı yağı lipid mübadiləsini normallaşdırır, xroniki iltihabla əlaqəli TLR4/AP-1 siqnal yolunu zəiflədir, immun hüceyrələrinin qaraciyərə daxil olmasını azaldır və makrofaqlar arasında tarazlığı bərpa edir. Həmçinin iltihabın təbii şəkildə sona çatmasını təmin edən xüsusi molekulların sintezini artırır.
Tədqiqat müəlliflərinin fikrincə, çaytikanı pulpasından əldə olunan yağ gələcəkdə qaraciyər piylənməsinin profilaktikası və müalicəsi üçün yeni preparatların hazırlanmasında perspektivli təbii xammal ola bilər.
Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?













.jpg)









.jpg)














