Sağlamlıq
Şəkər əvəzediciləri beyin üçün təhlükəlidir? - Həkimdən açıqlama
Aspartam və ksilit də daxil olmaqla bəzi şəkər əvəzedicilərinin beyin fəaliyyətini zəiflətməsi ilə bağlı iddiaların elmi əsası olmadığı açıqlanıb.
Publika.az xəbər verir ki, epidemioloq Gideon Meyerovitz-Katz bu barədə "ScienceAlert" portalına danışıb.
Onun sözlərinə görə, mediada geniş müzakirə olunan araşdırmada ciddi metodoloji və riyazi səhvlər var. Tədqiqatda iştirakçıların şəkər əvəzedicilərindən istifadə vərdişləri yalnız bir dəfə qiymətləndirilib və bu göstəricinin səkkiz il ərzində dəyişmədiyi qəbul edilib.
Mütəxəssis bildirib ki, məlumatların təhlili şəkər əvəzediciləri ilə idrak qabiliyyətinin zəifləməsi arasında hər hansı əlaqə göstərməyib. O, həmçinin kimyəvi tərkibi fərqli olan altı müxtəlif maddənin beyinə eyni təsiri göstərməsinin bioloji baxımdan inandırıcı olmadığını vurğulayıb.
Müəllif: Roza
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















