Sağlamlıq
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları sağlam insanlar üçün birbaşa təhlükə yaratmasa da, hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətini pisləşdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə terapevt və kardioloq Andrey Kondraxin "Aif.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, geomaqnit pozuntuları insanın orqan və toxumalarına birbaşa təsir göstərmir. O qeyd edib ki, nümunə kimi MRT müayinəsini göstərmək olar. Belə ki, MRT zamanı istifadə olunan maqnit sahəsi geomaqnit dəyişikliklərindən qat-qat güclü olsa da, orqanizmə zərər vurmur.
Kondraxin əlavə edib ki, belə dövrlərdə müşahidə olunan yorğunluq, yuxusuzluq və iş qabiliyyətinin azalması beynin ətraf mühitdəki dəyişikliklərə reaksiyası ilə bağlıdır. Orqanizm bunu stress kimi qəbul edir və enerjiyə qənaət rejiminə keçir.
"Hipertoniyadan əziyyət çəkən insanlarda orqanizmin dəyişikliklərə reaksiyası stress xarakteri daşıyır və nəticədə arterial təzyiq yüksəlir. Ürək-damar xəstəlikləri olan şəxslərdə də eyni proses baş verir. Orqanizm narahat şəraitə düşdüyü üçün ürək və damarlar buna reaksiya verir", - deyə həkim vurğulayıb.
Onun sözlərinə görə, bu reaksiyalar adətən ciddi təhlükə yaratmır, lakin xroniki xəstəlikləri olan insanlarda nəzərəçarpacaq narahatlıq yarada bilər.
Müəllif: Adəm
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?


















.jpg)















.jpg)




