Sağlamlıq
Bu dərman infarkt və insult riskini azaldır
ABŞ-da aparılan yeni araşdırma göstərib ki, 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan "tirzepatid" preparatı infarkt, insult və digər ağır ürək-damar fəsadlarının riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Publika.az xəbər verir ki, nəticələr "The BMJ" jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində ABŞ-da 2-ci tip şəkərli diabet, artıq çəki və mövcud ürək-damar xəstəliklərindən əziyyət çəkən 52 971 pasiyentin məlumatları təhlil edilib. Alimlər standart müalicə ilə yanaşı "tirzepatid" qəbul edən xəstələrin nəticələrini şəkərsalıcı "sitagliptin" preparatı qəbul edənlərlə müqayisə edib.
Araşdırmaya əsasən, müalicənin başlanmasından bir il sonra "tirzepatid" qəbul edənlərdə infarkt, insult və ya ölüm kimi ciddi ürək-damar hadisələrinin riski 32 faiz, infarkt riski isə 33 faiz aşağı olub. Həmçinin bu qrupda xəstəxanaya yerləşdirilməni tələb edən ağır infeksiyalar və ümumi ölüm halları da daha az qeydə alınıb.
Müəlliflərin hesablamalarına görə, təxminən 70 pasiyentə "tirzepatid" təyin edilməsi bir il ərzində bir ciddi ürək-damar hadisəsinin qarşısını almağa imkan verə bilər.
Bununla yanaşı, tədqiqatçılar qeyd ediblər ki, araşdırma müşahidə xarakteri daşıyır və səbəb-nəticə əlaqəsini tam sübut etmir. Lakin əldə olunan nəticələr göstərir ki, "tirzepatid" şəkər səviyyəsinə nəzarət və çəkinin azaldılması ilə yanaşı, yüksək ürək-damar riski olan diabet xəstələrinə əlavə fayda verə bilər.
Müəllif: Adəm
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək

















.jpg)



















.jpg)
.jpg)

.jpg)