Sağlamlıq
Narahatlıqdan qurtulmağın SADƏ YOLU - Həyəcan, depressiya və stressi də azaldır
Müntəzəm fiziki fəallıq həyəcan, depressiya və stressin təzahürünü azaltmağa kömək edir. Belə qənaətə bir il ərzində təxminən 900 gəncin vəziyyətini izləyən çinli alimlər gəliblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Psychology" jurnalında dərc olunub.
Tədqiqatda iki Çin universitetindən 877 tələbə iştirak edib. Başlanğıcda alimlər onların fiziki fəallıq səviyyəsini və emosional vəziyyətini, altı ay sonra idman imkanlarına inamını, bir ildən sonra isə psixoloji dayanıqlığını və neqativ emosiyaların səviyyəsini qiymətləndiriblər. Təhlil zamanı iştirakçıların cinsi, oxuduğu kurs və ilkin psixi vəziyyəti nəzərə alınıb.
Məlum olub ki, daha aktiv tələbələr bir ildən sonra həyəcan, depressiya və stresslə daha az qarşılaşıblar. Eyni zamanda, fiziki fəallıq təkcə neqativ emosiyalar riskini birbaşa azaltmayıb, həm də iki mexanizm vasitəsilə dolayısı ilə təsir göstərib. O, müntəzəm olaraq idmanla məşğul olmaq bacarığına inamı artırıb, həmçinin həyat çətinlikləri və stressli vəziyyətlərin öhdəsindən daha asan gəlmək qabiliyyəti olan psixoloji dayanıqlığı möhkəmləndirib.
Müəlliflər qeyd ediblər ki, tədqiqat səbəb-nəticə əlaqəsini sübut etmir, lakin uzunmüddətli müşahidə əsasında ilk dəfə olaraq müntəzəm fiziki yüklərin psixi sağlamlığı necə dəstəkləyə biləcəyini göstərir.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















