Sağlamlıq
Kimlər yastıqsız yatmamalıdır? - Nevroloq xəbərdarlıq etdi
Yastıqsız yuxu hamıya uyğun gəlmir.
Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya həkim-nevroloq Anastasiya Juravskaya bildirib.
ORMATEK-in yastıqlar üzrə kateqoriya meneceri Marina Vlasova da bəzi insanların niyə yastıqsız yatmağa daha çox üstünlük verdiyini izah edib və uyğun yastığı necə seçmək lazımdırsa, tövsiyələr verib.
Belə ki, nevroloq ifadə olunmuş döş kifozu olan yaşlı insanlara, boyun şöbəsinin patologiyalarından əziyyət çəkən pasiyentlərə, ürək və ağciyər çatışmazlığı olan şəxslərə yastıqsız yatmağı məsləhət görmür. Kiçik hündürlük reflüks xəstəliyi zamanı da vacibdir, çünki başın üfüqi vəziyyəti turşunun mədədən qida borusuna atılmasına şərait yaradır.
Həkim deyib ki, hansı pozada yatmağa daha çox vərdiş etdiyinizi təhlil etmək lazımdır. Onun sözlərinə görə, üfüqi səthdə yuxu böyrü üstə dincəlməyə üstünlük verənlər üçün mənfi nəticələr doğura bilər. Dəstək olmadıqda baş sallanır, boyun hissəsi isə qövsvari əyilir. Bu, səhər kompensator əzələ spazmı riski yaradır.
Kürəyi üstə yatmağı sevənlər də yastıqdan imtina etməməlidirlər. Bu, xüsusilə xorultu problemi yaşayan insanlar üçün aktualdır.
"Cazibə qüvvəsi alt çənəni və dil kökünü aşağı çəkir. Ağız-udlağın boşluğu daralır, havanın keçməsi çətinləşir və toxumalar titrəməyə başlayır – xorultu məhz belə yaranır. Əgər boşluq tamamilə bağlanarsa, tənəffüsün dayanması baş verir – beyinin oksigen aclığına və tez-tez gecə oyanmalarına səbəb olan obstruktiv yuxu apnesi sindromu yaranır. Başını yüngülcə qaldıran yastıq tənəffüs yollarının açıq qalmasına kömək edir", – deyə Anastasiya Juravskaya bildirir.
Lakin qarnı üstə yatmağa üstünlük verənlərə həkim alçaq və ya demək olar ki, düz səthdə yatmağı məsləhət görür.
Marina Vlasova qeyd edib ki, yastıqdan imtina etmək istiqamətində intuitiv canatma çox vaxt onun düzgün seçilmədiyini və sadəcə olaraq insana uyğun gəlmədiyini göstərir.
"Çox hündür və ya çox alçaq yastıq boynun təbii əyrisini pozur, həddindən artıq sərt yastıq isə artıq təzyiq nöqtələri yaradır. Əgər məmulat elastikliyini itiribsə, baş və boyun lazımi dəstəyi almaqdan məhrum olur ki, bu da əzələlərin həddindən artıq gərginliyinə səbəb ola bilər".
"Təcrübə göstərir ki, insanların əksəriyyəti böyrü üstə yatmağa üstünlük verir. Belə vəziyyətdə yastıq döşək ilə baş arasındakı boşluğu elə doldurmalıdır ki, boyun yuxarı və ya aşağı əyilmədən bel ilə eyni səviyyədə qalsın. Bir qayda olaraq, böyrü üstə yatmaq üçün hündürlüyü 10–14 sm olan yastıqlar uyğundur, lakin dəqiq parametr çiyinlərin enindən və döşəyin sərtliyindən asılıdır", - deyə Marina Vlasova bildirib.
Hüseyn İbadlı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
-
Enerji15 Sentyabr 22:00Neft kəskin bahalaşdı















.png)

















.jpg)

