Sağlamlıq
Yayda niyə daha çox balqabaq yemək tövsiyə olunur? - Həkim açıqladı
Yay mövsümündə balqabağın qida rasionuna daxil edilməsi sağlamlıq üçün faydalıdır.
Publika.az “Kp.ru”ya istinadla xəbər verir ki, bu barədə endokrinoloq Lada Fedina bildirib.
Onun sözlərinə görə, aşağı kalorili və liflə zəngin olan bu tərəvəz uzun müddət toxluq hissi yaradır, bağırsaqların normal fəaliyyətini dəstəkləyir və çəkiyə nəzarətə kömək edir.
Həkim qeyd edib ki, 100 qram balqabaqda cəmi 20-25 kilokalori var. O, həmçinin C vitamini, B qrupu vitaminləri, kalium və antioksidantlarla zəngindir. Kalium isə ürəyin, əzələlərin normal fəaliyyəti və orqanizmdə su-duz balansının qorunması üçün vacibdir.
Mütəxəssis vurğulayıb ki, balqabağın faydası onun hazırlanma üsulundan da asılıdır. Sobada bişirilmiş, pörtlədilmiş və ya qrildə hazırlanmış balqabaq faydalı xüsusiyyətlərini qoruyur. Lakin çox yağda qızardıldıqda onun kaloriliyi əhəmiyyətli dərəcədə artır.
Müəllif: Roza
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















