Sağlamlıq
Bu bioloji aktiv qida məhsullarında istifadəsinə icazə verilməyən maddə aşkarlandı - Foto
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkar olunub.
Bu barədə Publika.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, laborator müayinələrin nəticələrinə əsasən, "Saffren dietary supplement" (istehsal tarixi: 01.02.2025, son istifadə tarixi: 01.02.2028) və "Spirulina" (istehsal tarixi: 10.01.2025, son istifadə tarixi: 09.01.2028) adlı məhsulların tərkibində istifadəsinə icazə verilməyən sibutramin maddəsi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin uyğunsuz məhsulların ixracının dayandırılması məqsədilə Malayziyanın səlahiyyətli qurumuna rəsmi müraciət ünvanlanıb.
AQTA istehlakçılara bioloji aktiv qida əlavələrini yalnız etibarlı satış məntəqələrindən əldə etməyi və məhsulun mənşəyinə, etiket məlumatlarına və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi tövsiyə edir.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















