Sağlamlıq
Astiqmatizm baş ağrısına səbəb olur - Həkim XƏBƏRDARLIQ ETDİ
Astiqmatizm görmə qabiliyyətinə təsir etməklə yanaşı, baş ağrılarına da səbəb ola bilər.
Publika.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya oftalmoloq, refraktiv və göz cərrahı Viktoriya Sokolova deyib.
Həkimin sözlərinə görə, astiqmatizm zamanı görüntünün təhrif olunması gözlərin daim fokuslanmağa çalışmasına və nəticədə həddindən artıq yüklənməsinə səbəb olur. Bu isə xroniki göz yorğunluğu, baş ağrısı və diqqətin azalması ilə nəticələnə bilər.
Mütəxəssis bildirib ki, yüksək dərəcəli yaxındangörmə zamanı tor qişa patologiyaları, hətta onun qopması riski artır. Bu vəziyyət isə görmənin itirilməsi təhlükəsi yarada bilər.
Sokolova lazer korreksiyasının görmə sisteminə düşən yükü azaltmağa kömək etdiyini qeyd edib. Lakin onun sözlərinə görə, bu əməliyyat sistem xəstəliklərini və yaşla bağlı göz dəyişikliklərini müalicə etmir, yalnız refraksiya problemini aradan qaldırır.
Oftalmoloq lazer korreksiyasının uzunmüddətli perspektivdə iqtisadi baxımdan da sərfəli ola biləcəyini bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra eynək və kontakt linzalara olan ehtiyac azalır və adətən ildə bir dəfə planlı göz müayinəsindən keçmək kifayət edir.
Həkim həmçinin vurğulayıb ki, görmənin korreksiyası avtomobil idarə edərkən rahatlığı və təhlükəsizliyi artıra bilər. Eynəklər periferik görmə sahəsini məhdudlaşdıra, sürüşə və ya buğlana bilər. Kontakt linzalar isə göz quruluğuna səbəb ola və xüsusi istifadə rejimi tələb edə bilər.
Bununla belə, Sokolova xəbərdarlıq edib ki, lazer korreksiyası qlaukoma, katarakta və digər yaşla bağlı göz xəstəliklərinin yaranmasının qarşısını almır. Yüksək dərəcəli yaxındangörməsi olan şəxslərdə tor qişa fəsadlarının riski əvvəlcədən yüksək olaraq qalır.
Həkim əməliyyatdan sonra həyat keyfiyyətinin də əhəmiyyətli dərəcədə yüksəldiyini qeyd edib.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















