Sağlamlıq
Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı
Bəzi balıq növləri ürək sağlamlığı üçün xüsusilə faydalıdır.
Publika.az xəbər verir ki, dietoloq Endcel Lyuk ürək-damar xəstəliklərinin profilaktikası üçün omeqa-3 yağ turşuları ilə zəngin balıqların menyuya daxil edilməsini tövsiyə edib.
Onun sözlərinə görə, omeqa-3-ün ən yüksək miqdarı siyənək və qızılbalıqda olur. Bu balıqların 100 qram bişmiş hissəsində təxminən 2150 milliqram omeqa-3 yağ turşusu var.
Dietoloq bildirib ki, balıqda olan eykosapentaen və dokosaheksaen turşuları periferik arteriya xəstəlikləri və digər ciddi ürək-damar fəsadlarının yaranma riskini azalda bilər.
Bu maddələr həmçinin orqanizmdə iltihabı azaltmağa, hamiləlik dövründə və körpələrdə beyin və gözlərin inkişafını dəstəkləməyə kömək edir.
Mütəxəssis qeyd edib ki, sardina və skumbriyada da faydalı maddələr kifayət qədər çoxdur, lakin onların miqdarı qızılbalıq və siyənəklə müqayisədə daha azdır.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)
.jpg)



.jpg)















