Sağlamlıq
Qurudulmuş alma ilə bağlı mühüm xəbərdarlıq: Bu xəstəlikləri olanlar yeməsin
Qurudulmuş alma bağırsaq sağlamlığı üçün faydalı olduğu kimi, bəzi xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı bioloq Vitali Napolov məlumat verib.
Onun sözlərinə görə, qurudulmuş alma təzə almadan daha kalorilidir, lakin tərkibində əlavə şəkər olmadığı üçün mürəbbə və ya kompotdakı meyvələrdən daha az kaloriyə malikdir. Məhsulda "C" vitamini və bağırsaq hərəkətliliyini stimullaşdıran pektin (Pektin - bitkilərin və meyvələrin hüceyrə divarında olan təbii bir qida lifidir) qorunur. Pektin qəbizliyin qarşısını almağa və normal bağırsaq mikroflorasının formalaşmasına kömək edir.
Bioloq bildirib ki, qurudulmuş almanın tərkibində immunitetə müsbət təsir göstərən müxtəlif antioksidantlar, həmçinin yod, sink, selen, mis və kalium kimi minerallar da var. Bu maddələr arterial təzyiqin və ürəyin normal fəaliyyətinin qorunmasına kömək edir.
Kimlərə qurudulmuş alma olmaz?
Napolov xəbərdarlıq edib ki, yüksək kalorili olduğuna görə şəkərli diabet, insulinrezistentlik və piylənmədən əziyyət çəkən şəxslər qurudulmuş alma istehlak etməməlidir.
Sağlam insan üçün isə gündə 30-50 qram qurudulmuş alma kifayətdir.
Necə saxlamaq lazımdır?
Mütəxəssis qurudulmuş almanı bir ildən artıq saxlamamağı tövsiyə edib. Saxlanma zamanı rütubətin təxminən 60 faiz olması, kəskin rütubət və temperatur dəyişikliklərindən isə qaçmaq lazımdır.
Napolov qurudulmuş almanın saxlanması üçün nəfəs alan qablardan - kətan torbalardan, karton və ya kağız qutulardan istifadə etməyi məsləhət görüb.
Müəllif: Adəm
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır



































.jpg)


