Sağlamlıq
Bu dərmanlar Altzheymer xəstələrinin yaddaşını qoruya bilər - ARAŞDIRMA
Müasir qan durulaşdırıcı preparatlar Altzheymer xəstəliyi və qulaqcıqların fibrilasiyasından əziyyət çəkən insanlarda koqnitiv funksiyaların zəifləməsini ləngidə bilər.
Publika.az xəbər verir ki, bunu İsveçin Karolinska İnstitutunun alimləri müəyyənləşdirib. Araşdırmanın nəticələri "European Heart Journal" jurnalında dərc olunub.
Tədqiqatçılar Altzheymer xəstəliyi və qulaqcıqların fibrilasiyası olan 7308 pasiyentin məlumatlarını təhlil ediblər. Onlar üç qrupa bölünüb: birinci qrup müasir oral antikoaqulyantlar - NOAC, ikinci qrup varfarin qəbul edib, üçüncü qrup isə qan durulaşdırıcı dərmanlardan istifadə etməyib.
Yaddaş və digər koqnitiv funksiyalar MMSE testi ilə qiymətləndirilib. Nəticələr göstərib ki, NOAC qəbul edən xəstələrdə koqnitiv funksiyalar digər iki qrupla müqayisədə daha yavaş zəifləyib.
Bundan başqa, NOAC qəbul edənlərdə ölüm, insult, tromboz və sınıqların ümumi riski daha aşağı olub. Varfarin də insult və ölüm riskinin azalması ilə əlaqələndirilib, lakin bu preparatı qəbul edənlərdə ciddi qanaxmalar daha çox müşahidə edilib.
Alimlər hesab edirlər ki, antikoaqulyantlar Altzheymer və qulaqcıqların fibrilasiyası olan xəstələr üçün tromblardan qorunmaqla yanaşı, əlavə üstünlüklərə də malik ola bilər. Lakin dərmanların koqnitiv funksiyalara mümkün təsir mexanizmi hələlik tam aydın deyil.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















