Sağlamlıq
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Hamiləliklər arasında optimal müddət qadının sağlamlıq vəziyyətindən asılıdır. Lakin doğuşdan qısa müddət sonra yenidən hamilə qalmaq orqanizmin tam bərpa olunmasına imkan verməyə bilər.
Publika.az xəbər verir ki, bunu mama-ginekoloq və reproduktoloq Marzi Abdullayeva bildirib.
Həkimin sözlərinə görə, hamiləliklər arasındakı fasilə bir ildən az olarsa, qadın orqanizmində tükənmə yarana bilər.
“Fasilə hətta bir ildən az olarsa, tükənmə baş verir. Pasiyent tam bərpa olunmur, qida maddələri çatışmaya bilər və hamiləlik daha ağır keçir”, - deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, hamiləlik və ana südü ilə qidalandırma dövründə körpə üçün lazım olan qida maddələri ananın orqanizmindən alınır. Bu səbəbdən doğuşdan sonra bəzi qadınlarda diş və onurğa problemləri yarana bilər.
Həkim vurğulayıb ki, hər qadının orqanizminin bərpa potensialı fərqlidir. Güclü tükənmə zamanı orqanizm hətta yeni mayalanmaya mane ola bilər.
O, növbəti hamiləliyi planlaşdırmazdan əvvəl qadının sağlamlıq vəziyyətini nəzərə almasının və orqanizmə bərpa olunmaq üçün kifayət qədər vaxt verməsinin vacibliyini bildirib.
Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















