Sağlamlıq
100 yaşlarını qeyd etdilər: Əkizlərin uzunömürlülük sirri
ABŞ-da əkiz bacı-qardaş Ceyn Sautvik və Bill Ebbott 100 yaşlarını qeyd ediblər. Onlar yaşlarının üçrəqəmli olmasına baxmayaraq, daxilən hələ də özlərini uşaq kimi hiss etdiklərini bildiriblər.
Publika.az xəbər verir ki, onların uzunömürlülük hekayəsini “People” nəşri yayıb.
Ceyn və Bill uzun ömürlərinin əsas səbəblərindən birinin genetik olduğunu düşünürlər. Onların valideynləri 95 il, böyük qardaşları isə 103 il yaşayıb.
Əkizlər sağlam həyat tərzinin də mühüm rol oynadığını vurğulayıblar. Ceyn vaxtilə siqaret çəkib, lakin uzun müddət əvvəl bu vərdişdən imtina edib. Bill isə demək olar ki, spirtli içki qəbul etmir. Onun sözlərinə görə, hətta pivə içəndə belə dərhal yuxusu gəlir.
Qeyd olunur ki, Ceyn və Bill 8 aprel 1926-cı ildə Havay adalarında dünyaya gəliblər. İkinci Dünya müharibəsi illərində Bill ABŞ ordusunda xidmət edib, Ceyn isə ailəsi ilə məşğul olaraq beş övlad böyüdüb.
Ceyn döş xərçənginə qalib gəlib və ağciyər xəstəlikləri ilə üzləşib. Bill isə infarkt keçirib. Buna baxmayaraq, hər iki əkiz 100 yaşına çatmağı bacarıb.
Onların hekayəsi uzunömürlülükdə genetika ilə yanaşı, sağlam həyat tərzinin də mühüm rol oynaya biləcəyini göstərir.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















