Sağlamlıq
Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
Rusiyada miopiyası(yaxından görmə qüsuru- insan yaxındakı əşyaları aydın görsə də, uzaqdakı obyektləri bulanıq və dumanlı görür-red.) olan insanların sayı ilə bağlı ətraflı rəqəm və ya proqnoz yoxdur. Lakin əsrin ortalarına qədər miopiyanın uşaq və yeniyetmələrin təxminən 40%-nə təsir edə biləcəyinə dair qlobal proqnoz mövcuddur.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Pirogov Universitetinin dosenti Anjelina Kazantseva "Gazeta"ya müsahibəsində bildirib.
Qlobal miqyasda olan proqnozlar həqiqətən insanı heyrətləndirir. Belə ki, klassik hesablamalara görə, 2050-ci ilə qədər miopiya təxminən 4,9 milyard insana və ya planet əhalisinin təxminən yarısına təsir göstərə bilər. Ən son hesablamalarda isə uşaqlar və yeniyetmələr arasında miopiyanın yayılmasının daha da artacağına işarə edilib. Məsələn, 2050-ci ilə qədər uşaqların təxminən 40%-i — 740 milyondan çox insanda yaxından görmə problemi olacaq.
Onun sözlərinə görə, Rusiya əhalisi üçün 2050-ci ilə dair etibarlı, hər kəsin ümumi qəbul edə biləcəyi dəqiq bir rəqəm təqdim etmək mümkün deyil. Çünki belə bir proqnoz üçün müxtəlif yaşlarda və bölgələrdə miopiyanın yayılması, eləcə də onun başlanğıc və irəliləmə dinamikası barədə milli statistik dəqiq məlumatlar tələb olunur. Mövcud Rusiya tədqiqatları bunu təmin etmir.
Müəllif: Tural
-
Ekologiya13:30Sabahın hava proqnozu açıqlandı
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
Maraq dünyası13:12Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək























.jpg)







.jpg)



