Sağlamlıq
Hansı meyvələr hansı xərçəng növündən qoruyur?
Xərçəng əsrimizin ən bəlalı xəstəliklərindən biridir. Ondan heç kim sığortalanmayıb. Ancaq müəyyən vasitələrlə, sağlam həyat tərzi, hərəkətlilik, sağlam qidalanma və sairə ilə xərçəngin yaranma ehtimalını minimuma endirmək mümkündür. Publika.az-ın sağlamlıq bölməsi oxuculara xərçəngdən qoruyan bəzi meyvə və tərəvəzi təqdim edir.
Sarımsaq: Anti-xərçəng kimi tanınan sarımsağın ən əhəmiyyətli xüsusiyyəti immun sistemini gücləndirməsidir. Həftədə 2-3 ədəd çiy sarımsaq istehlakı xərçəngə qarşı qoruyur.
Qırmızı meyvələr: Bir çox insanın sevə-sevə yediyi nar, gilas, çiyələk kimi qırmızı meyvələrin içərisində olan ellagik turşusu orqanizmdə xərçəng hüceyrələrinin çoxalmasını əngəlləyir. Xüsusilə çirkli hava şəraitində yaşayan və ya siqaret çəkən insanların qidalanma menyusuna hər gün qırmızı meyvə daxil etməsi vacibdir. Qırmızı meyvə tərkibində olan ellagik turşusu nikotinin və çirkli ətraf mühitin orqanizmdə yaratdığı zərərlərin qarşısını alır.
Pomidor: Aparılan bir çox elmi araşdırmalar pomidorun tərkibində olan laykopenin prostat xərçəngindən qoruyucu təsiri olduğunu sübut edib. Yüksək antioksidant tərkibi sayəsində bir çox xərçəng növündən qoruyan pomidor eyni zamanda immunitet sistemini möhkəmləndirir. Xüsusilə, bişmiş pomidorun tərkibindəki laykopenlər çiy pomidorla müqayisədə daha çoxdur.
Alma: Vitamin və minerallarla zəngin alma xərçəngin müalicəsində, ondan qorunmaqda, allergiya və ürək damar xəstəliklərində faydalıdır. Gündə ən azı qabıqlı 2 alma qəbul edilməsi məsləhətdir.
Brokkoli: Tərkibində olan qlutamin maddəsi sayəsində bəzi xərçəng növlərinə qarşı qoruyucu təsirə malikdir. Xüsusilə, mədə xərçəngindən qoruduğu aparılan elmi araşdırmalar nəticəsində sübut edilib.
Çay: Ağ, yaşıl və qara çayın tərkibində olan polifenollar xərçəngə çevrilmə riski yüksək olan hüceyrələrin fəallığına mane olur. Belə ki onun tərkibindəki xərçənglə mübarizə aparan maddələr qana keçərək bədənin hər bir hissəsinə yayılır və şişlərin yaranmasına mane olur. Həmçinin çayın tərkibində olan katexinlər antioksidant təsir göstərir və bədəni xərçəngdən müdafiə edir.
Soya: Soyanın ehtiva etdiyi fitoestrogen və izaflavonlar klimaksdan sonrakı dövrdə döş xərçənginə yaxalanma riskini azaldır və xərçəngə qarşı qoruma təmin edir.
Yer alması: Beta-karoten və C vitamini tərkibi ilə antioksidant tutumu yüksək olan yer alması xərçəng riskini azaldır. Həftədə bir və ya iki dəfə yeyilməsi tövsiyə olunur.
Qatıq: Evdə hazırlanan qatığın tərkibindəki maddələr sağlamlığın böyük dostu, xərçəngin isə böyük düşmənidir. Xüsusilə, süd vəzi və ağciyər xəstəliklərinin müalicəsində effektlidir.
Qırmızı bibər: “Kapsaisin” adı verilən fitokimyəvi maddələr yalnız bibər yeyərkən istilik hissi yaradır. Eyni zamanda xərçəngdən qoruduğu elmi araşdırmalarda sübut olunub.
Zəncəfil: Aparılan elmi tədqiqatlar zəncəfilin şişin böyüməsini dayandırdığını göstərir.
İspanaq: İstər xərçəngə, istər ürək-damar, istərsə də, yüksək təzyiq kimi xəstəliklər üçün çox faydalıdır.
Balqabaq toxumu: E vitamini ilə zəngindir. Xərçəng hüceyrələrinin yaranmasına mane olur və immuniteti gücləndirir.
Kələm: Süd vəzi və yumurtalıq xərçəngində təsirli vasitədir. Bədəndəki zərərli maddələrin atılmasına kömək edir.
Düyü: E və B vitaminləri ilə boldur. Bağırsaq xərçənginə qarşı qoruyucu, infarkt riskini azaldan təsirə malikdir.
Soğan: Mədə və bağırsaq xərçəngindən mühafizə edir.
AYTƏN
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi