Yağları yandıran içkilərin siyahısı
Bizi izləyin

Sağlamlıq

Yağları yandıran içkilərin siyahısı

Sağlam qidalanma mütəxəssisləri arıqlamaq üçün yağ yandırıcı içkilər təklif edirlər. Publika.az-ın sağlamlıq bölməsi yağ yandıran içkilərin siyahısını təqdim edir:

Yaşıl çay: Yaşıl çayın faydalarını, xüsusən də yağları yandırıcı olduğunu bilməyən yoxdur. Yaşıl çay ən çətin əriyən qarın piyləri ilə mübarizdə çox effektlidir.

Yaşıl çayın yarpaqlarını qaynar suya atın və dəmləyin. Dəmlənən çayın içərisinə limon sıxın. Hazırlanan bu çayı 1 gecə saxlayın və ertəsi gün səhər acqarına için.

Limon C vitamini anbarı olduğu üçün yaşıl çayı antioksidantla zənginləşdirir. Yaşıl çay metabolizmi sürətləndirir və aclıq hissinin qarşısını alır. 2-4 saat toxluq hissi verən xüsusiyyəti var.

Nanəli çay: Nanəli çay həm özünüzü daha yaxşı hiss etməyə kömək edir, həm də qarnı düzləşdirmək üçün də olduqca faydalıdır. Nanəli çay yüksək kalorili qidaların daha tez həzm olunmasına gətirib çıxarır. Qarın yağlarını əridir və şişkinliyin də qarşısını alır.

Sitrus meyvələrinin suyu: Limon, portağal, naringi, qreypfrut kimi meyvələrin yağ yandırma xüsusiyyəti çox yüksəkdir və çox sağlamdır. Hər səhər acqarına 1 stəkan portağal şirəsi için.

Üzüm suyu: Üzüm lif, karbohidrat və vitamin baxımından olduqca zəngin meyvədir. Üzüm suyu həm aşağı kalorili içkidir, həm də yağları yandırmaqda çox effektlidir.

Soya südü və buğda zülallı içkilər: Soya və taxıl ən mühüm zülal mənbəyidir. Hər iki içki həzmi yaxşılaşdırmaq üçün ideal seçimdir. Əzələ nisbətinin artması isə güclü əzələlər, sürətli kalori yandırmaq deməkdir. Amerikanın sağlam qidalanma mütəxəssisləri hər gün soya südü içən adamların qarın bölgəsindəki yağların daha tez əridiyini aşkarlayıb.

Aparılan araşdırmaya görə, soya südü şəkərin yağa çevrilməsini əngəlləyərək qarın bölgəsindəki yağların əriməsini təmin edir.

Alma sirkəsi: Soyuq su, bal və alma sirkəsindən ibarət qarışıq yağ yandırıcı xüsusiyyətə malikdir. Bu su yağları yandırır və həzmi rahatlaşdırır. Bədəninizdəki toksinləri ataraq arıqlamağa kömək edir.

1 stəkan suyun içinə 1 çay qaşığı bal və 1 çay qaşığı alma sirkəsini əlavə edib qarışdırın. Yeməklərdən əvvəl gündə 2 dəfə için. Bu içki aclıq hissini yatırır.

Xatırladaq ki, bu içkilər idman etdikdə daha yaxşı nəticə verir. Yadınızda saxlayın ki, həyat tərzinizi dəyişməsəniz, heç bir qida, heç bir içki çəkinizi azaltmağa kömək etməyəcək. Artıq çəkidən ancaq idman və az kalorili qidalar sayəsində xilas olmaq mümkündür. Bu qidalar maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm