Sağlamlıq
Qaraciyər və böyrəklərin əsl şəfa mənbəyi
Mövsümün ən sevilən meyvələrindən biri də tutdur. Türkiyəli diyetoloq Şəbnəm Kandıralı tutun insan orqanizminə verdiyi faydalardan danışıb. Publika.az diyetoloqun fikirlərini təqdim edir:
Diyetoloqun sözlərinə görə, qara tut daha faydalıdır. Qara tutun kalorisi daha azdır və güclü antioksidantlar ehtiva edir:
"Qara tutun kalorisi ağ tuta nisbətən daha azdır. Bu meyvənin 100 qramı 43 kaloridir. Güclü antioksidant hesab edilir.
Qan dövranını yaxşılaşdırır, immunitet sistemini gücləndirir, ürək xəstəliklərininin qarşısını alır. Araşdırmalar sübut edir ki, qara tut xərçəng xəstəliyinin ən böyük düşmənidir. Üstəlik, yaşlılığın qarşısını alır, şəkər xəstəliyinə yaxalanmaq riskini azaldır. İnfeksiyalara qarşı orqanizmin müdafiə sistemini möhkəmləndirir”.
Şəbnəm Kandıralı tutun zəngin C vitamini qaynağı olduğunu bildirib:
“100 qramında 36.4 mq. C vitamini var. Bu da o deməkdir ki, insanın gündəlik C vitamini ehtiyacının 61 faizini qarşılamağa qadirdir.
C vitamini ilə zəngin qidalar bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur, infeksiyaya qarşı müqavimətini artırır”.
Diyetoloq qara tutun dərini günəşin ultrabənövşəyi şüalarından da qoruduğunu deyir:
“Qara tut həm gözləri, həm də dərini günəşin ultrabənövşəyi şüalarından müdafiə edir. Tut dəmirlə zəngindir. 100 qramında 1.85 mq. olur. Gündəlik dəmir ehtiyacının 23 faizini ödəyir.
Kalium, kalsium, manqan və maqnezium da ehtiva edir. B qrupu vitaminləri (B6, niasin, B2), həmçinin, fol turşusu ilə zəngindir”.
Şəbnəm Kandıralı qeyd edir ki, qara tut kaliumdan zəngin olduğu üçün böyrək xəstələri üçün xüsusilə faydalıdır. “Qaraciyərlərində problem olanlar da qara tut yeyərək sağlamlıqlarının qayğısına qala bilərlər”.
Tut tez xarab olan meyvədir. Ona görə də, onu ağacdan tökdürdükdən sonrakı 12 saat müddətində yemək məsləhətdir. Əzik olanlarını yeməyin.
Ləman Sultan
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı