Hər il 8.8 milyon insanı öldürən XƏRÇƏNGDƏN QURUTULMAĞIN YOLU
Bizi izləyin

Səhiyyə

Hər il 8.8 milyon insanı öldürən XƏRÇƏNGDƏN QURUTULMAĞIN YOLU

XƏRÇƏNGDƏN QURUTULMAĞIN YOLU

Hər il 8.8 milyon insan aşağı və orta gəlirli ölkədə xərçəng xəstəliyindən ölür.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumatda bildirilib ki, ölümlərin əsas səbəblərindən biri məhz xəstəliyin gec açkarlanmasıdır. Hətta səhiyyə xidmətlərinin inkişaf etdiyi ölkələrdə belə əksər vaxt xərçəng diaqnozu çox gec qoyulur.

“Gec mərhələdə xərçəngin diaqnostikası və müalicəsi çox zaman prosesin əzablı olması, ölümlə nəticələnməsinə səbəb olur”.

Təşkilatın məlumatında bildirilir ki, xəstəliyin erkən aşkarlanması, yalnız müalicəni asanlaşdırmır. Həm də xərcləri azaldır. Belə ki, xərçəng nə qədər tez aşkarlanarsa, müalicəyə sərf olunan xərclər də bir o qədər az olar. 2010-cu ildə dünya səhiyyə xərclərində xərçəngin payı 1.6 trillion dollar olub.

Hər il 14 milyon insana xərçəng diaqnozu qoyulur, 2030-cu ilə bu rəqəmin 21 milyondan çox olacağı proqnozlaşdırılır.

İndi ölkələrin qarşısında duran əsas məsələ 2030-cu ilə qədər xərçəng və digər yoluxucu xəstəliklərin vaxtında aşkarlanması, qarşısının alınmasıdır.

Azərbaycanda isə 2015-ci ildə ilk dəfə 10 183 nəfərə xərçəng diaqnozu qoyulub. Müalicə profilaktika müəssisələrində 40 653 nəfər onkoloji xəstə qeydiyyatdadır.

Qeyd edək ki, bu gün Ümumdünya Xərçəng Günüdür. Bu gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm