Səhiyyə
Kosmosa insan beyni göndərildi - Araşdırmanın nəticələri təəccübləndirdi
ABŞ alimləri insanın beyin toxumasını təmsil edən orqanoidləri Beynəlxalq Kosmik Stansiyaya göndəriblər və nəticələr hər kəsi təəccübləndirib.
Publika.az xəbər verir ki, bununla bağlı Skripps Tədqiqat İnstitutundan molekulyar bioloq Jeanne Loring açıqlama verib.
O qeyd edib ki, hüceyrələrin kosmosda sağ qalması böyük sürpriz olub:
“Bu tədqiqat neyrodegenerativ xəstəliklərdən təsirlənən digər beyin bölgələrini araşdırmaq üçün yeni təcrübələrə yol açır. Orqanoidlər birbaşa toxuma və ya kök hüceyrələrdən əldə edilən, özünü yeniləmə və orqan funksiyasını yerinə yetirə bilən üç ölçülü hüceyrə qrupları kimi müəyyən edilir. Orqanoidlər struktur və funksional olaraq alındıqları toxumaya bənzəyir”.
Beynəlxalq Kosmik Stansiya mikroqravitasiyanın insan hüceyrələrinə təsirini öyrənmək üçün unikal imkan yaradır. Bu təsirlər təkcə astronavtların sağlamlığı üçün deyil, həm də Yerdəki tibbi tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edir. Mikroqravitasiya mühiti xəstəliyin modelləşdirilməsi və dərmanların hazırlanması işində yeni qapılar açır.
Araşdırmada sağlam fərdlərdən və dağınıq skleroz (MS) və Parkinson xəstəliyi olan insanlardan alınan hüceyrələr laboratoriyada yenidən proqramlaşdırılaraq sinir hüceyrələrinə çevrilib. Bu hüceyrələr beynin immun sistemi hüceyrələri olan mikrogliaları ehtiva edən orqanoidlər əmələ gətiririb.
Kosmosda bir aydan sonra geri gətirilən orqanoidlər Yerdəki nəzarət qrupu ilə müqayisə edilib. Məlum olub ki, kosmosda inkişaf edən orqanoidlər daha tez yetişir, lakin hüceyrə çoxalması daha yavaş olur.
Araşdırmanın nəticələri “Stem Cells Translational Medicine” jurnalında dərc olunub.
Aysel Şahmar
-
ABŞ20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir





































