Səhiyyə
Sən demə, ac qalmaq xərçəngin QARŞISINI ALIRMIŞ
Gün ərzində 14-16 saat ac qalmaq ilk növbədə xərçəng xəstəliyinə tutulma riskini azaldır. Ancaq aclığın faydasını görmək üçün qeyd edilən saatda yeməkdən uzaq durmaq mütləqdir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mediasına Harvard Universiteti Tibb fakültəsinin müəllimi, “dünyanı dəyişdirəcək 37 alimdən biri” kimi tanınan həkim Ömər Yılmaz açıqlama verib.
O, heyvanlar, xüsusən də siçanlar üzərində aparılan araşdırma nəticəsində bu qənaətə gəldiklərini deyib: “Aparılan araşdırmalar aclıqla xərçəng arasında ciddi bir əlaqənin olduğunu sübut edir. Normal bir hüceyrənin xənçəngə çevrilməsini araşdırarkən burada qidanın da rolunun olduğunu müəyyən etdik. Düzdür, genetik faktorlar əsas səbəbdir. Həmçinin siqaret və köklük də siyahıda üst sıralardadır. 2020-ci ildə köklük nəzarət edə bilməyəcəyimiz xərçəng risk faktorları sırasında ən böyük səbəb olacaq. Dəqiq rəqəm deyə bilmirik, lakin hər 100 xəstədən 30-u köklük və qida, 20-i siqaret, 50-i isə genetik və bilinməyən səbəblərdən xərçəngə tutulacaq”.
Aclığın insan bədəninə müsbət təsirlərinin çox olduğunu deyən həkim 1900-cü illərdən bu istiqamətdə aparılan araşdırmalara toxunub: “Ac olanda qanda şəkərin miqdarı düşür. Bədəndəki yağ sərf edilir. Xəstə ac qalanda şəkərli diabetin yaranması dayanır, bağırsaqdakı kök hüceyrələr daha tez yenilənir. Lakin bu faydanı görmək üçün gün ərzində 14-16 saatı yemək yeməmək lazımdır. Köklük isə əksinə diabet, damar tıxanıqlılığı və xərçəngə yol açır. Son 30 ilin araşdırmaları bu qənaətə gəlməyimizə səbəb olub. Xüsusən, bağırsaq, süd vəzi və qaraciyər xərçənginin yaranmasında köklün başlıca faktorlardandır”.
Gülxar
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi