Xəstənin ağciyərini 5 santımetrlik kəsikdən çıxartdılar - AZƏRBAYCAN TİBBİNİN UĞURLARI
Bizi izləyin

Səhiyyə

Xəstənin ağciyərini 5 santımetrlik kəsikdən çıxartdılar - AZƏRBAYCAN TİBBİNİN UĞURLARI

Bu gün saat 11.00-da Bakı Ürək Mərkəzində “Azərbaycan cərrahiyyəsində son illər əldə olunan nailiyyətlər” mövzusuna həsr edilmiş tədbir keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov, Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev və digər aparıcı mütəxəssislər iştirak ediblər.

Publika.az xəbər verirr ki, tədbiri Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova açıb.

Daha sonra çıxış edən H.Bağırov səhiyyə sisteminin inkişafından danışıb:

"Bu il 7 ay ərzində 8 xəstəyə sümük iliyi köçürülüb. Talassemiya xəstələrinə ilik köçürülməsi prosesi yerli həkimlər tərəfindən həyata keçirilib. 250 min 616 cərrahi əməliyyat olub. Həmin şəxslərdən 419 nəfəri ölüb. Faiz ilə hesablasaq bu 0,1 faizdir. Bu faktı şişirtmək olmaz. Çünki dünya ölkələri ilə müqayisə etsək, bu çox cüzi fərqdir. Sadəcə olaraq, biz müəyyən qədər texnologiya cəhətdən geri ola bilərik. Amma onu da qeyd edim ki, kadr potensialı sahəsində biz inkişaf etmiş ölkələrlə müqayisə olunacaq səviyyədə irəliləmişik. Yeni kadrlar xarici ölkələrdə təhsil alaraq həmin texnologiyaları öyrənir və vətənə dönürlər. İndi və gələcəkdə həmin kadrlar mütəşəkkil formada birləşərək Azərbaycanda cərrahiyyə sahəsinə təkan verəcəklər. Onu da qeyd edək ki, 20 iyun 2017-ci ildən nazirin əmri ilə həkimlərin bilik və bacarıqların təkmilləşdirilməsi 45 nomrəli əmrlə təsdiqlənmişdir. Bu çox uğurlu addımdır. Bununla da daha peşəkar və daha təcrübəli həkimlər vətəndaşlara xidmət edəcəklər. Bizim dövrümüzdə bu texnologiyalar olmayıb. Lakin indiki texnologiya ilə kadrlar çox daha savadlı və uğurlu əməliyyatlar keçirə bilər. Bunun üçün Azərbaycanın səhiyyə sahəsində bütün zəruri şərait yaradılıb. Azərbaycanda 3445 cərrah vətəndaşlara yüksək səviyyədə xidmət edir".

Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi Y.Əliyev isə endoskopik cərrahiyyənin inkişafından danışıb:

"Bu sahə son 2-3 ildə olduqca böyük inkişaf yolu keçib. Bu gün laparoskip əməliyyatlar son dərəcə uğurlu şəkildə icra olunur. Dünya ölkələrində belə çox çətinliklə aparılan əməliyyatlar bu gün Azərbaycan cərrahları tərəfindən aparılır. Bu Azərbaycan səhiyyəsinin uğurudur. Əməliyyatların fəsadlarına belə baxsaq, faiz etibarilə də biz dünya ölkələrindən geri qalmırıq. Qaraciyər şişlərində yüksək səviyyədə əməliyyatlar aparılır. Sağtərəfli və soltərəfli əməliyyatlar icra olunur. Bu gün kordiloji sahədə də uğurlar əldə olunub. Son 2 il ərzində artıq ürək çatışmazlığından əziyyət çəkənlər, xüsusilə də uşaqlar xaricə göndərilmir. Bu əməliyyatlar artıq çox sadə prosedura çevrilib. Bütün bunlar Azərbaycan cərrahiyyəsinin nailiyyətləridir. Təbii ki, müqayisə də düzgün aparılmalıdır. Uzun illər bu sahə üzrə inkişaf yolu keçmiş Amerika ilə Azərbaycan arasında müqayisə nəzərə alınsa, görərik ki, bu çox gözəl nəticədir".

Döş qəfəsi cərrah-uzmanı Elmar Məmmədov Azərbaycanda ilk dəfə həyata keçirilən endoskopik üsulla ağciyərin çıxarılması əməliyyatından danışıb:

"Səhiyyə sahəsinin uğurlarından biri də bu il icra olunan videotoroskopik əməliyyatlardır. 23 yaşlı xanımın üzərində videotoroskopik sol pnevmonektomiya əməliyyatı keçirildi. 2 saat yarım davam edən əməliyyatda 5 sm-lik kəsikdən ən son tibbi cihazlarla müdaxilə edilərək ağ ciyər çıxarıldı. Çox çətin və riskli əməliyyatdır. Ani bir səhv xəstənin ölümü ilə nəticələnə bilər. Çünki cüzi zədələnmə zamanı artıq açıq cərrahi əməliyyata keçilməlidir ki, buna da vaxt olmur. Nəticədə xəstəni itiririk. Ona görə çox diqqətli olmaq lazımdır. Həmin xanım əməliyyatdan 4 gün sonra evə buraxılıb və 15 gün sonra artıq normal həyatına davm edib. Bütün bunlar cərrahi sahədə qazanılan uğurların nəticələridir. Yenə də qeyd edim ki, bu əməliyyat Azərbaycan da ilk dəfə icra olunub".

Ümumi cərrah-uzman İlqar İsmayılov qeyd edib ki, son 10 ildə Laporoskopik-torakoskopik üsulla aparılan əməliyyatlar artıq Azərbaycanda da yüksək səviyyədə icra olunur:

"Bu əməliyyatlarda həm döş qəfəsi cərrah-uzmanları, həm də digər cərrahların iştirakı ilə geniş əməliyyat prosedurları keçirilir. Əməliyyatda istifadə etdiyimiz avadanlıqlar çox bahalı xüsusi laporoskopik alətlərdir. Buna görə də əməliyyatların sayını artırmaqda maliyyə baxımdan çətinlik yaranır. Endoskopik əməliyyatlar zamanı qanaxma az olur. Xəstələr ortalama 7 gün həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılır. Ümumi olaraq endoskopik əməliyyatlar 7-8 saat müddətində davam edir. Döş qəfəsi və qarın boşluğu əməliyyatları ən çox risk daşıyan əməliyyatlardır. Lakin bu günə qədər heç bir ölüm halı yaşanmayıb".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm