Səhiyyə
"M çiçəyi" sürətlə yayılır: Yüzlərlə ölüm, minlərlə yoluxma
Konqo Demokratik Respublikasında "M çiçəyi" (Mpox) epidemiyası sürətlə yayılır.
Publika.az xəbər verir ki, hökumət sözçüsü Patrick Muyaya ilin əvvəlindən epidemiya səbəbiylə 450 adamın öldüyünü, 11 min 166 adamda isə "M çiçəyi" aşkarlandığını bildirib.
Epidemiya hər gün artır. Belə ki, epidemiyanın qonşu ölkələrə də yayılma riskinin olduğu barədə xəbərdarlıq edilib.
Afrikanın 2-ci ən böyük ölkəsi olan KDR-in 26 əyalətindən 23-də "M çiçəyi" aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 5-də virusun yeni variantının Konqonun şərq sərhədində sürətlə yayıldığını və onun indiyə qədərki ən təhlükəli variant olduğunu açıqlayıb.
ÜST-dən bildirilib ki, bu epidemiya cinsi yolla və ya yaxın dəri təması ilə ötürülür. Bu vəziyyət də virusun yayılma sürətini və potensial təsirini artırır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri dünyada 3100-dən çox "M çiçəyi" hadisəsi qeydə alınıb.
Aysel Şahmar
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ













.webp)









.jpg)














