Görmə problemindən ən çox kimlər əziyyət çəkir?
Bizi izləyin

Səhiyyə

Görmə problemindən ən çox kimlər əziyyət çəkir?

Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən, dünya əhalisinin 160 milyonu gözdən əlildir. Görmə problemindən əziyyət çəkənlərin əksəriyyətini yaşı 50 və daha yuxarı olanlar təşkil edir.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda gözdən əlil olan insanlara həssas yanaşılır və onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif işlər həyata keçirilir. Azərbaycanda dövlətin bu sahəyə diqqətinin bariz nümunəsi Qafqazda ən böyük oftalmoloji müəssisəsi olan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətidir.

2005-ci ildən burada yaradılan Səyyar Klinikada 22 min nəfərə yaxın xəstə müayinədən keçirilib ki, onlardan 2500 nəfərinin üzərində uğurlu əməliyyatlar aparılıb.

Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamininin çatışmazlığı daxildir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi geniş yayılıb.

Qeyd edək ki, hər il 13 noyabr tarixi Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur. 1745-ci il noyabrın 13-də anadan olan fransız pedaqoqu Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm