Səhiyyə
Azərbaycanda 8 saat davam edən unikal ƏMƏLİYYAT: Ata oğlunun donoru oldu
Azərbaycanda daha bir unikal əməliyyat həyata keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin mütəxəssisləri tərəfindən icra edilib.
Əməliyyata dair məlumat verən şöbənin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımı bildirib ki, əməliyyat uzun illər qara ciyər sirrozundan əziyyət çəkən 17 yaşlı pasiyent üzərində icra edilib.
"Xəstə R.Bəşirova qara ciyər köçürülüb. Əməliyyatın unikallığı ondan ibarətdir ki, yeganə donoru olan atasının qara ciyərinin sağ payında ciddi anatomik anomaliya müşahidə edilib. Bu səbəbdən ciyərin sağ payını istifadə etmək mümkün olmayıb. Pasiyentin vəziyyəti getdikcə pisləşib, koma halına qədər ağırlaşıb. Belə olan halda operativ vəziyyətdə yeganə donor olan atanın qara ciyərinin sol payını köçürmək qərarı verilib. Bu texniki olaraq çətin və ağır bir əməliyyatdır. Belə ki, sol payda iki arterial damar keçir və həcm olaraq bunun ölçüləri uyğun olmalıdır. Bütün bu risklər öncədən analiz edilib, xəstənin həyatı göstərişləri öyrənilib və əməliyyata alınıb. 8 saat davam edən əməliyyat texniki çətinliklə də olsa müvəffəqiyyətlə nəticələnib. Hazırda xəstə və donorunun müalicəsi başa çatıb. Hər ikisi evə yazılıb"-deyə, həkim bildirib.
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf